Sumqayıtlı boksçu Avropa çempionatında üçüncü yerə layiq görülüb.
Sumqayit24.az xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında Məhəmmədəli Aşırəliyev də (60 kq) iştirak edib.
1/16 finalda yunanıstanlı Georgios Pliasa 3:2, 1/8 finalda israilli Abdullah Rahala 5:0, 1/4 finalda isə ispaniyalı Brandon Hinea Kollasosa 5:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə yarımfinala yüksələn boksçumuz irlandiyayalı rəqibi Qavin Rayana məğlub olaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, Məhəmmədəli Aşırəliyev Sumqayıt 1 nömrəli İOEUGİŞM-in yetirməsidir. İdmançının məşqçisi Rüfət Aslanovdur.