Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 24-nə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 9-13, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetrə enəcək. Nisbi rütubət 55-65% təşkil edəcək.