Ötən mövsümlə müqayisə etsək, Premyer Liqa dəyişib.
Bu sözləri açıqlamasında "Sumqayıt" futbol klubunun yarımmüdafiəçisi Ronaldo Vaskes deyib. İki ildən artıqdır ölkəmizdə legioner həyatı yaşayan dominikanlı bildirib ki, bu il liqa daha çətindir.
"Hər komanda rəqabətədavamlıdır və asan oyun yoxdur. Bu da hər qələbəni daha dəyərli edir.
"Sumqayıt"ın məqsədi turnir cədvəlində mümkün qədər irəli getməkdir. Hələlik nəticələr arzuladığımız kimi deyil.
Bunun da səbəbləri var. Ümid edir və düşünürük ki, tezliklə sabitliyə nail olacağıq. Çünki komandamız yaxşıdır".
"Gənclik şəhəri" təmsilçisi mövsümün geridə qalan hissəsində çempionatda 11 oyun keçirib. Bu müddətdə 2 qələbə qazanmış "kimyaçılar"10 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
Mənbə: Sportinfo.аz