Sumqayıtda binaların birində antisanitar vəziyyət yaranıb.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, bina 45-in zirzəmisini kanalizasiya suları basıb. Şikayətçi bildirib ki, çirkab sulardan ətrafa kəskin üfunət yayılır və mənzillər ağcaqanadlarla dolur.
Vətəndaş antisanitar vəziyyətin aradan qaldırılmasını və problemin həlli üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.