Sumqayıtda avtomobil yollarından birinin vəziyyəti narahatlıq doğurur.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, Lüdviqshafen parkının yaxınlığında (Alman parkı) Sərvər Bədəlbəyli küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində yolun asfalt örtüyü kələ-kötür vəziyyətdədir.
Belə ki, yolun bəzi hissələrində nahamarlıq mövcuddur, müəyyən hissələrdə isə asfalt örtüyü dağılıb.
Videoda da avtomobillərin həmin ərazidən hərəkət zamanı çətinlik çəkdiyi görünür.
Video: Oqtay 50