top
Sumqayıtda MİDA-nın güzəştli mənzil sisteminə müdaxilə edən şəxsə cəza verildi
29 iyul 2026, 16:15
- +

Sumqayıtda MİDA-nın güzəştli mənzil sisteminə müdaxilə edən şəxsə cəza verildi

Sumqayıt Şəhər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) "Güzəştli mənzil" informasiya sisteminə qanunsuz müdaxilə ilə bağlı cinayət işi üzrə hökm elan edilib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs qohumlarının güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi "BOT" proqramı hazırlayaraq MİDA-nın "Güzəştli mənzil" informasiya sisteminə qanunsuz şəkildə müdaxilə edib.

O, informasiya texnologiyaları sahəsində biliklərindən istifadə etməklə sistemdə tətbiq olunan "Captcha" mühafizə mexanizmini avtomatik keçməyə imkan verən proqram hazırlayıb. Həmin proqram vasitəsilə iki nəfərin elektron kabinetindən dəfələrlə sistemə sorğular göndərilib. Nəticədə digər istifadəçilərin sistemdən istifadəsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və informasiya-kommunikasiya texnologiyaları sisteminin normal fəaliyyəti pozulub.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alır. Qohumlarına kömək etmək məqsədilə internetdən əldə etdiyi məlumatlar və süni intellekt vasitəsilə proqram hazırlayıb.

Müttəhimin sözlərinə görə, məqsədi maddi gəlir əldə etmək olmayıb, yalnız dayılarının mənzil seçimində üstünlük qazanmasına kömək etmək istəyib. O, həmçinin bildirib ki, proqram işlədilsə də, sistem xəta verdiyi üçün mənzil əldə etmək mümkün olmayıb.

MİDA nümayəndəsi məhkəmədə ifadəsində bildirib ki, güzəştli mənzillərin satışı zamanı sistemə kənar proqramlarla müdaxilə edilməsi barədə şübhələr yarandığından müvafiq qurumlara müraciət olunub. Araşdırma zamanı 12 şübhəli istifadəçi kabinetindən sistemə avtomatlaşdırılmış sorğular göndərildiyi müəyyən edilib.

Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı şikayət və ya mülki tələbinin olmadığını, cəzanın təyin edilməsini məhkəmənin ixtiyarına buraxdığını bildirib.

Şahid qismində dindirilən qohumları da ifadələrində təqsirləndirilən şəxsin onlara kompüter vasitəsilə kömək edəcəyini bildirdiyini, lakin "BOT" proqramından istifadə etməsindən xəbərsiz olduqlarını söyləyiblər.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi (informasiya-kommunikasiya texnologiyaları sisteminin işləməsinə qəsdən ciddi maneə törətmə) ilə təqsirli bilib. Ona 4 min manat məbləğində cərimə cəzası təyin edilib.

Mənbə: Qaynarinfo.az 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər