Sumqayıtda uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə səhər saatlarında baş verib. Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalan azyaşlı xilas olunub.