Sumqayıtda saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
Belə ki, 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə 11.622 nəfər (24,21%), 43 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə 11.997 nəfər (24,9%), 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə 10.638 nəfər (21,3%), 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə 11.314 nəfər (22,91%), 46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə 9724 nəfər (18.3%), 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi üzrə isə 12.210 nəfər (19,77%) səs verib.