1. Turan Restoran (https://www.instagram.com/turanrestoran/)
19, 20, 21 mart tarixlərində restoranda xüsusi şou-proqram baş tutacaq. Əsas da uşaqlar üçün maraqlı olacaq.
Yemək masası əvvəlcədən rezerv olunmalıdır.
Qiymətlər:
5 nəfər - minimum 50 azn
2. Kalyon Restoran (https://www.instagram.com/kalyon_restaurant/)
Bu restoranda da əyləncə 3 gün boyunca davam edəcək - martın 19, 20, 21. Qonaqları əyləndirmək üçün isə Çinarə Bəkirova, Nadir Qafarzadə və digər müğənnilər səhnədə çıxış edəcəklər.
Rezerv üçün restoran ilə əlaqə saxlamaq lazımdır.
3. Poseidon Restoran (https://www.instagram.com/poseidon_restaurant_lounge/)
21 mart saat 18:00-dan artıq bayram havasına bürünə biləcəksiniz. “Poseidon” bir sıra müğənnilər, aparıcı, kosa, keçəl və Bahar qızını sizin əyləncəniz üçün bir yerə toplayıb.
Bir nəfər üçün qiymət - 20 azn.
Bir masa arxasında yer sayı: minimum 4, maksimum 15 nəfər.
Divanlı yerlərin qiyməti isə 130 azn (maksimum 6 nəfər əyləşə bilər).
4. Gənclik City (https://www.instagram.com/genclik_city/)
“Gənclik city” bir deyil, iki deyil, tam 7 müğənninin iştirakı ilə Novruz proqramı keçirəcək. Tədbir martın 21-i keçiriləcək.
Əyləncəli şou proqramlar və kosa, keçəl, Bahar qızı, panda şou gözlənilir.
Qiymətlər:
Masalar 2, 4, 6 nəfərlikdir.
1 nəfər üçün qiymət isə 15 azn.
5.Mariana Trench Baku (https://www.instagram.com/marianatrenchbaku/)
20 mart 18:00da “Mariana Trench Baku”da əsl bayram əhval-ruhiyyəsi yaşanacaq. Çıxış edəcəklər: Şəhriyar İmanov, İradə Mehri, Əhməd Mustafayev, Dj Zed Moon və Elməddin Məmmədov.
Ətraflı məlumat və rezervasiya üçün zəng etmək mütləqdir.