top
Sumqayıtda QALMAQAL: Göydələn sakinlərə problem yaradır
28 iyul 2026, 17:55
- +

Sumqayıtda QALMAQAL: Göydələn sakinlərə problem yaradır

Sumqayıt şəhərində güclü küləyin təsiri ilə tikinti sahəsində baş verən hadisə sakinlərin narahatlığına səbəb olub.

Sakinlərin sözlərinə görə, külək səbəbindən Polad Həşimov küçəsi, 4-cü məhəllə ərazisində inşa olunan çoxmərtəbəli yaşayış binasının  tikinti sahəsində saxlanılan daş və digər tikinti materialları ətrafa səpələnərək yaxınlıqdakı ikimərtəbəli yaşayış binasının qarşısına tökülüb. Bu isə ərazidə yaşayan insanlar üçün təhlükəli vəziyyət yaradıb.

Hazırda tikintisi aparılan yaşayış binası əvvəllər həmin ərazidə mövcud olmuş köhnə yaşayış binasının sökülməsindən sonra inşa edilir. Sakinlər hesab edirlər ki, tikinti meydançasında təhlükəsizlik qaydalarına daha ciddi riayət edilməli, materialların saxlanılması və bərkidilməsi istiqamətində zəruri tədbirlər görülməli idi.

Bununla yanaşı, sakinlər daha bir ciddi iddia irəli sürürlər. Onların sözlərinə görə, tikinti işlərini həyata keçirən şirkətin əməkdaşları hadisə ilə bağlı narazılıq bildirən sakinlərlə kobud rəftar edib, onları təhqir edərək ərazidən uzaqlaşdırıblar.

Hadisədən sonra sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, tikinti sahəsində təhlükəsizlik normalarına əməl olunmasının yoxlanılmasını və baş verən insidentə hüquqi qiymət verilməsini tələb edirlər.

Mənbə: Bakıvaxtı.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər