Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.