Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində qəza olub. Sumqayıt24 bu haqda 14 avqust tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb. "Nissan Tiida" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan "Nissan Teana"ya, sonra isə səkiyə çarpılıb.
Məlumata görə, "Nissan Tiida"nın sürücüsünün ürəyində qəflətən problem yaranıb, avtomobilin idarəetməsini də bu səbəbdən itirib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.