Sumqayıtda uşaq evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sumqayit24.az xəbər verir ki, ünvana Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaq xilas edilib.