Bakı-Quba-Rusiya Federasiyası yolunun Sumqayıt şəhərindən keçən hissəsində abadlıq işləri aparılır.
Sumqayit24.az-ın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin əməkdaşlarının iştirakı ilə ərazidə torpaqlama işləri həyata keçirilir, ağaclar əkilir, həmçinin hasarlar rənglənir.