Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində yaşıllıq zolağına zərər vurulub.
Sumqayıt24.az-a daxil olan məlumata əsasən, bu hal küçənin 14-cü və 2-ci məhəllələrinə aid hissələrində müşahidə olunub.
Yolun hərəkət hissəsinə yaxın yerləşən zeytun ağacları və kollar kəsilib.