8 Noyabr - Zəfər Günü münasibətilə Sumqayıt şəhərində hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Sumqayit24.az-a bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bayram münasibətilə Şəhidlər xiyabanında və "Qalib əsgər" abidəsinin önündə tədbirlər keçiriləcək, həmçinin Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası təşkil olunacaq.
Bununla yanaşı, hava şəraiti nəzərə alınaraq, Zəfər Gününə həsr olunmuş konsert proqramının açıq havada deyil, qapalı məkanda keçirilməsi planlaşdırılır.