top
3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA
Bu gün, 10:50
- ↺ +

3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, hadisə Qusar rayonunun Hil kəndində baş verib. Belə ki, Asif keçmiş həyat yoldaşı ilə barışaraq yenidən birlikdə yaşamaq və aralarındakı məsələləri aydınlaşdırmaq məqsədilə onunla görüşmək barədə razılığa gəlib. Lakin o, Diananın yanına cinayət niyyətini həyata keçirmək üçün əvvəlcədən hazırlıq görərək gedib.

Asif fəhlə işlədiyi kənd məktəbindən qayçı, evindən isə yapışqan lent və ip götürüb. O, barışmaqdan imtina edəcəyi təqdirdə Diananı öldürməyi planlaşdırıb.

Kənddəki fərdi evlərdən birində görüşən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Bu zaman Asif yumruq zərbəsi ilə Diananı yerə yıxıb. Daha sonra qadının əl-qolunu, ağzını və gözlərini bağlayaraq qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Nəticədə Diana Təyibova həyatını itirib.

Bundan sonra Asif cinayətin izlərini itirmək məqsədilə qadının çantasını yoxlayıb, ona məxsus pul, qızıl-zinət əşyaları və mobil telefonu götürüb.

O, daha sonra həmin əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər ala bilməyən ailə üzvləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Polis əməkdaşları ilk olaraq Asifi dindiriblər. O, dindirilərkən törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, cütlüyün nikahından üç övladı dünyaya gəlib. Asif Təyibov, eyni zamanda, uzun illərdir kənddə qeyri-rəsmi olaraq molla kimi fəaliyyət göstərib.

Mənbə: Xitab24.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Bütün xəbərlər
Bu gün, 11:11

Uşağın doğulmasına 1500 manat veriləcək

Bütün xəbərlər
Bu gün, 10:15

Polis dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi

İdman
Bu gün, 09:45

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"lə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda ağır qəza - şahid danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Oxşar xəbərlər