Sumqayıtlı karateçi Həsən Osmanov Avropa birinciliyinin qalibi olub.
Sumqayit24.az xəbər verir ki, idmançımız Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində qızıl medal qazanıb.
16-17 yaş kateqoriyasında 55 kq çəki dərəcəsində mübarizə aparan Həsən Osmanov final görüşündə Türkiyə təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.