Dekabrın 1-dən Sumqayıt şəhəri, MİDA Yaşayış Kompleksində yerləşən 9 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə başlayacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu həyata keçirilir.
Valideynlər övladlarını www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçirə bilərlər.