Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində kanalizasiya sistemindəki problemlə bağlı əraziyə baxış keçiriləcək.
Sumqayit24.az-a bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt Sukanal İdarəsinə məlumat verilib:
"Əraziyə baxış keçiriləcək, tullantı su şəbəkəsi yoxlanılacaq, tutulma varsa, aradan qaldırılacaq".
***
Sumqayıtda qəsəbələrdən birində kanalizasiya sistemində problem yarandığı bildirilir.
Bu barədə Sumqayit24.az-a İnşaatçılar qəsəbəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, təxminən 5 gündür kanalizasiya sistemi tutulub və həyətləri çirkab su basıb.
"5 gündür kanalizasiya tutulub, bütün həyət suyun içindədir. Hər yerdən üfunət iyi gəlir, heç yerdən keçmək olmur", - deyə şikayətçilər bildiriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlanıb.