Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivində kanalın daşması sakinlər üçün çətinlik yaradıb.
Sakinlərin sözlərinə görə, yaşayış ərazisindən keçən Acıdərə kanalı daşıb. Nəticədə ətraf ərazini üfunət bürüyüb və antisanitar vəziyyət yaranıb. Şikayətçilər bildiriblər ki, bu hal yağıntılı günlərdə mütəmadi təkrarlanır.
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı (İŞST) qurumuna sorğu ünvanlanıb.
Mənbə: Oxu.az