Sumqayıtda sərnişin avtobuslarından birində tüstülənmə baş verdiyi bildirilir.
Bu barədə Sumqayit24.az-a şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların iddiasına görə, 10A nömrəli marşrut avtobusunun daxilində tüstülənmə qeydə alınıb.
Bildirilib ki, bu hal avtobusda olan sərnişinlər arasında təşvişə səbəb olub.
Sakinlər aidiyyəti qurumlardan məsələni araşdırmağı və problemin səbəbinə aydınlıq gətirməyi xahiş edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.