Sumqayıtın avtomobil bazarında bahalaşma müşahidə olunur. Bu haqda 15 mart tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Artım daha çox istehsal tarixi 10 ildən artıq olan (2013-cü ilə qədər istehsal olunmuş) maşınlarda yaranıb. Qiymətlər 1500-2000 manat yüksəlib.
Bazar iştirakçıları bunu ötən ildən həmin maşınların ölkəyə idxalının məhdudlaşdırılması ilə izah edirlər (qanunla yaşı 10 ildən çox olan avtomobillərin ölkədə idxalı qadağandır). Satıcılar qiymət artımının satışa mənfi təsir edəcəyindən ehtiyatlanırlar.