top
Sumqayıtdan Bakıya sərnişin aparan taksi boş qayıtmalıdır?
29 yanvar 2026, 13:15
- +

Sumqayıtdan Bakıya sərnişin aparan taksi boş qayıtmalıdır?

Taksi fəaliyyəti ilə bağlı tətbiq edilən yeni qaydalar, xüsusilə buraxılış kartı sistemi sürücülər arasında ciddi suallar doğurub. Sürücüləri ən çox narahat edən məsələ Bakı-Sumqayıt və ya rayon səfərləri zamanı geri qayıdışın necə tənzimlənməsidir.

Məsələ ilə bağlı "Avtomobil nəqliyyatı haqqında" Qanunu və ekspert rəylərini təhlil edərək, sürücüləri maraqlandıran ən vacib məqamlara gəlin yaxından baxaq.

Taksi fəaliyyətindəki bu anlaşılmazlıq nədən yaranır?

Əgər sürücünün "Buraxılış kartı" Bakı şəhəri üzrə verilibsə, onun fəaliyyət zonası paytaxt hesab olunur. Sürücü Bakı ərazisində sərnişini qəbul edib Sumqayıta, Abşerona və ya ölkənin istənilən bölgəsinə apara bilər. Bu, qanunvericiliklə tamamilə leqaldır.

Lakin "Avtomobil nəqliyyatı haqqında" Qanunun 20.2-ci maddəsi açıq şəkildə bildirir:

"Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində yerinə yetirilir."

Əgər Bakı qeydiyyatlısınızsa və Sumqayıtda, yaxdu digər bölgələrdə sərnişin düşürmüsünüzsə, geri qayıdarkən bəzi qaydalara əməl etməlisiniz. Əks halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə, buraxılış kartından kənar fəaliyyət kimi cərimələnə bilərsiniz.

Sürücünün icazəsi yalnız Bakı üçündürsə, Sumqayıt və ya rayon ərazisinə keçdiyi an onun "taksi fəaliyyəti göstərmək" hüququ hüquqi olaraq dayanır. Buraxılış kartınız "geri qayıdarkən sərnişin götürmək olar" kimi bir istisna nəzərdə tutmur. 

Bu halda fəaliyyət zonasından kənar olduğunuz üçün İnzibati Xətalar Məcəlləsinin 326-2-ci maddəsinə əsaslanaraq, taksi sifarişi aqreqatorları da sizə müştəri verməyə bilər. Çünki, "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda həmin şəhər və ya rayon üçün buraxılış kartı olmayan sürücüyə taksi sifarişin göstərilməsi tələblərlə uyğunlaşmamağa gətirib çıxarır.

Ona görə sürücülər öz ərazilərindən kənarda olarkən proqramın onlara sifariş vermədiyini müşahidə etməsi də məhz buna görə texniki problem kimi qiymətləndirilməməlidir. Sürücünün buraxılış kartı Bakı üçün olduğundan, Sumqayıtda ona sifariş vermək şirkət üçün 40 min manata qədər cərimələnmə riski yaradır. 

Mütəxəssislərin rəylərinə görə mövcud hal necə tənzimlənməlidir?

Mütəxəssislərin fikrincə mövcud vəziyyət tənzimlənərkən həm qanunvericilik, həm də texnoloji həllər paralel nəzərə alınmalıdır. Bakı qeydiyyatlı taksi sürücüsünün Sumqayıta və ya rayonlara sərnişin aparması normaldır, lakin oradan sərnişinlə qayıtması üçün hazırda müəyyən qanuni və texniki düzəlişlərə ehtiyac var. 

Dünya təcrübəsində də kabotaj, yəni başqa zonanın daxilində daşıma qadağan olsa da, geri dönüşü uyğunlaşdıran həllər mövcuddur. Əgər sürücü Sumqayıtdadırsa və tətbiqdə "qeydiyyatlı zonaya (Bakıya) dönüş" rejimini seçirsə, sistem ona Sumqayıtdaxili sifarişləri bloklamağa davam etməli, lakin təyinatı Bakı olan sifarişləri buraxmalıdır. Beləliklə, taksi fəaliyyətindəki anlaşılmazlıq öz həllini tapmış olacaq.

Bundan əlavə, mövcud qeyri-müəyyənlik nəqliyyat ekosistemində də mənfi nəticələrə yol aça bilər. Əgər sürücünün sərnişinlə geri qayıtması təmin edilməzsə, taksi operatorları "boş qayıtma" xərcini ilkin gediş haqqına əlavə etmək məcburiyyətində qala bilirlər ki, bu da şəhərlərarası tariflərin artmasına səbəb ola bilər. Digər tərəfdən, cərimələnmək riskindən və ya zərərlə işləməkdən çəkinən sürücülərin bölgələrə olan sifarişləri çoxluqla ləğv etməsi ehtimalı yüksəkdir. Bu isə son nəticədə sərnişinlərin nəqliyyatda çətinlik çəkməsinə və məmnuniyyətinin azalmasına gətirib çıxaran haldır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

Oxşar xəbərlər