Sumqayıt təhsil müəssisəsinin məzunu nüfuzlu universitetdə təhsil alacaq. Bu haqda 28 avqust tarixində Sumqayıt24 məlumat verir.
“2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə aid qəbul keçirilib. 15 nömrəli məktəbin məzunu Ləman Əhmədova təqaüdçü adını qazanıb. O, Oksford Universitetində magistr təhsili alacaq.
Ləman Əhmədova “ABAD” şirkətində Dekorativ-tətbiqi xalq yaradıcılığı şöbəsinin müdiri vəzifəsində çalışır.