Sumqayıtda yaşayan kişi itkin düşüb.
Qafqazinfo.az-ın məlumatına görə, Aşağı Salahlı kənd sakini Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də ata evindən dostları ilə görüşmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.
Atasının dediyinə görə, Tamerlan Sumqayıtda yaşayırmış. Ata evinə gələndən sonra itkin düşüb.
Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.