top
Sumqayıtın 29 min sakini olan massivində məktəb yoxdur - DEPUTATDAN TƏKLİF
Bu gün, 13:43
- ↺ +

Sumqayıtın 29 min sakini olan massivində məktəb yoxdur - DEPUTATDAN TƏKLİF

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtın 29 mindən çox sakinin yaşadığı Yaşıl dərə massivində məktəb yoxdur, kanalizasiya və sosial infrastrukturun qurulmasına ehtiyac var.

Məlumata görə, bunu deputat Mehriban Vəliyeva Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə, təxminən 550 hektar ərazini əhatə edən, 4210 fərdi evin yerləşdiyi massiv sakinlər tərəfindən salındığından kanalizasiya şəbəkəsi, yollar və sosial infrastruktur əvvəlcədən planlaşdırılmayıb. Ərazinin yalnız 0,35 hektarını yaşıllıq zonası təşkil edir.

M.Vəliyeva məktəbin olmamasının həm uşaqlar, həm də ətraf təhsil müəssisələri üçün çətinlik yaratdığını vurğulayıb:

"Massivin öz ərazisində məktəb yoxdur. Uşaqlar uzaq məsafə qət etməli olur və bu, ətraf məktəblərdə şagird sıxlığını artırır. Yaşıl dərədə uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyac var".

Deputat Sumqayıtın kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində "Acı dərə" kanalının boruya alınması istiqamətində işlər görüldüyünü xatırladıb. Bildirib ki, birinci mərhələdə Yaşıl dərə layihəyə daxil edilməyib. O, növbəti mərhələdə massivin də layihə ilə əhatə olunmasını təklif edib.

M.Vəliyeva bu il bələdiyyə və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işləri aparıldığını, lakin kanalizasiya və digər infrastruktur problemlərinin həllinin dövlət investisiyası tələb etdiyini söyləyib.

Deputat Sumqayıtın Baş planına uyğun olaraq Yaşıl dərə üçün mərhələli tədbirlər planının hazırlanmasını istəyib. O, kanalizasiya və yağış suları şəbəkəsinin çəkilişinin yolların təmiri və küçələrin işıqlandırılması ilə əlaqələndirilməsini, yeni məktəb tikintisinin plana daxil edilməsini təklif edib.

Mehriban Vəliyeva uşaq bağçası və ilkin tibbi yardım məntəqəsi üçün ərazilərin müəyyənləşdirilməsinə də çağırıb:

"2027-ci ilin dövlət investisiya xərcləri planlaşdırılarkən bu işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması və ilkin işlərin görülməsi üçün vəsait ayrılması imkanına baxmağınızı xahiş edirəm".

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:41

Sumqayıtın deputatından alimlərin maddi durumu ilə bağlı çağırış

Bütün xəbərlər
Bu gün, 13:01

Sumqayıt və Sarayda yeni mənzillər satışa çıxarılır

Kriminal
Bu gün, 12:21

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıt səmasında müəmmalı işıqlar – SƏBƏBİ BİLİNDİ

İdman
Bu gün, 11:01

Sumqayıtlı karateçilər Tbilisidə medallar qazandılar

Bütün xəbərlər
Bu gün, 10:21

Sumqayıtda içməli su xəttində qəza

Bütün xəbərlər
Bu gün, 09:51

Sumqayıtda kişi pilləkəndən yıxılıb ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:11

Sumqayıtda lükün ətrafında narahatedici mənzərə

Bütün xəbərlər
Bu gün, 08:41

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:39

İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda dayanacaq nişanı avtobus sürücüsü üçün keçərsizdir? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:27

21 yaşında şəhid olan sumqayıtlının doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda bu yol sürücülərə baha başa gəlir…

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda sabah da güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 16:07

Sumqayıtda lift lotereyası: Bu gün işləyəcək, sabah xarab olacaq?

Bütün xəbərlər
Dünən, 16:01

Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda içməli su xəttində qəza baş verdi

Bütün xəbərlər
Dünən, 15:27

Sumqayıtlı kişi arvadını döydü, məhkəmədə barışdılar

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda parkda tapılan telefon iki dostu düşmən etdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 14:07

Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bütün xəbərlər
Dünən, 13:54

Generalın qızının ev dustaqlığına prokurordan etiraz

Oxşar xəbərlər