Sumqayıtda fəaliyyət göstərən FHN İdman-Sağlamlıq Klubunun idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq karate turnirində uğurla çıxış ediblər.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, idmançılarımız yarışda ümumilikdə 7 medal qazanıblar.
Belə ki, Əziz Əhmədli gümüş və bürünc, Əbülfəz Rəfiyev gümüş və bürünc, Ziya Süleymanlı bürünc, Manafov Əhəd isə gümüş medal əldə edib.
Murad Hacızadə komanda döyüşlərində qızıl medala layiq görülüb. O, eyni zamanda turnirdə hakim kimi də fəaliyyət göstərib.
Qeyd edək ki, idmançılar yarışda klub rəhbəri İlqar Babayevin rəhbərliyi ilə iştirak ediblər.