top
Sumqayıtın bağça müdirindən zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA
31 iyul 2026, 22:54
- +

Sumqayıtın bağça müdirindən zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtda fəaliyyət göstərən "Nauka" Tədris Mərkəzi ilə bağlı azyaşlıya qarşı fiziki zorakılıq iddiaları səsləndirilib və məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Yayılan məlumatlardan sonra "Nauka Tədris Mərkəzi"nin direktoru Pərvanə Quliyeva Sumqayit24.az-a açıqlama verib. 

Açıqlamanı təqdim edirik: 

"Son günlər "Nauka Tədris Mərkəzi" ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq rəsmi açıqlama vermək məcburiyyətindəyəm.

İlk növbədə bildirmək istəyirəm ki, uşaqlara qarşı hər hansı fiziki zorakılıq bizim mərkəzin qəbul etdiyi və ya qəbul edə biləcəyi bir davranış deyil. Uşaqların təhlükəsizliyi və sağlam mühitdə təhsil alması bizim üçün hər zaman əsas prinsip olub.

Yayılan materiallarda mərkəzimizin müəlliminin uşağı döydüyü, hətta çubuqla vurduğu barədə ağır iddialar səsləndirilib.

Bu iddiaları qəbul etmirik və həmin məlumatların həqiqətə uyğun olmadığını bildiririk.

Hadisə ilə bağlı müəssisədə müşahidə kameralarının görüntüləri mövcuddur. Sözügedən valideyn özü yaxınlaşıb, videoları izləyib. Bununla bağlı şahidlərimiz var.

Mən bir mərkəz rəhbəri olaraq hər hansı uşağın hüququnun pozulmasına göz yummaram. Əgər müəllimimiz tərəfindən belə bir hal baş versəydi, ilk növbədə məsələni özüm ciddi şəkildə araşdırardım.

Lakin baş verməmiş bir hadisənin baş vermiş kimi təqdim edilməsi və bunun nəticəsində illərlə fəaliyyət göstərən təhsil müəssisəsinin, əməkdaşlarımızın və şəxsən mənim nüfuzuma zərər vurulması qəbulolunmazdır.

Biz məsələ ilə bağlı bütün sübutları qoruyub saxlamışıq və hüquqi müstəvidə hərəkət edəcəyik.

Bu açıqlamanı valideynlə mübahisə etmək və ya kimisə ictimai şəkildə hədəfə çevirmək üçün etmirəm. Məqsədim yalnız həqiqətin obyektiv şəkildə araşdırılması və ictimaiyyətə düzgün məlumat verilməsidir.

"Nauka Tədris Mərkəzi" olaraq fəaliyyətimizi bundan sonra da uşaqların təhlükəsizliyi, təhsili və inkişafı prinsipləri əsasında davam etdirəcəyik.

Həqiqətə inanırıq və bütün sübutların obyektiv araşdırılmasını tələb edirik.

Heç bir şiddət görən uşaq mərkəzə qayıtmaq üçün bu qədər ağlamaz və ya geri dönməyə çalışmaz".



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Oxşar xəbərlər