Sumqayıt şəhərində qaz təchizatında fasilə olacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
"Təmir-quraşdırma işləri ilə əlaqədar 31.07.2026-cı il tarixində, saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin 1, 2, 3, 4, 5, 7, 8, 12, 15, 16, 17, 18, 19, 20, 21, 29-cu məhəllələrinin, 5, 6-cı mikrorayonlarının, İnşaatçılar qəsəbəsinin, Betonzavod və Qızılqum ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.