“Sumqayıt” klubunun rəqibləri cəzalandırılıblar.
Sumqayit24.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi qərarlar çıxarıb. Belə ki, U-13 Liqasında "Xan Lənkəran" "Sumqayıt"la görüşdə adı protokolda olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət alıb.
Həmçinin Yüksək Qızlar Liqasında "Baku Juniors" da "Sumqayıt"la qarşılaşmada protokolu təqdim etmədiyindən eyni aqibəti yaşayıb.