top
Sumqayıtlı çapar Gülay Fərzəliyeva: Karyeramı xaricdə davam etdirmək istəmirəm…
30 iyul 2026, 13:00
- +

Sumqayıtlı çapar Gülay Fərzəliyeva: "Karyeramı xaricdə davam etdirmək istəmirəm…"

Dünən yerli mətbuatda yayılan xəbərlərdə sumqayıtlı peşəkar çapar Gülay Fərzəliyevanın artıq bir ildir idman yarışlarından kənarda qaldığı, bunun isə atası barəsində davam edən cinayət işi ilə əlaqələndirildiyi bildirib. Həmin xəbərlərdə idmançı yarışlara qayıtmaq və yenidən Azərbaycanı beynəlxalq arenada təmsil etmək istədiyini açıqlayıb.

Sumqayit24.az 17 yaşlı Gülay ilə əlaqə saxlayaraq məsələ ilə bağlı fikirlərini soruşub. İdmançıdan vəziyyətində hər hansı dəyişiklik olub-olmadığını, eləcə də ölkə daxilində və ya xaricdən yeni təkliflər alıb-almadığını soruşduq.

Gülay Fərzəliyeva bildirib ki, hələ də ölkə daxilində heç bir atçılıq klubundan təklif almayıb:

"Nə üçün təklif yoxdur, nə baş verdiyini bilmirik. Halbuki atçılıq klubları gənc və bacarıqlı idmançılar axtarırlar. Mən səbirsizliklə Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Atçılıq Klubuna qayıtmağımı gözləyirəm. Mənim üçün ora çox doğmadır. Çünki yeddi il ərzində "Sərhədçi" Atçılıq Klubunda konkur idman növünü layiqincə təmsil etmişəm və idman fəaliyyətimi orada davam etdirmişəm". 

İdmançı qeyd edib ki, başqa klublardan təklif olacağı təqdirdə ora gedib-gəlmək ailəsi üçün həm vaxt, həm də maddi baxımdan çətinlik yarada bilər:

"Novxanı Atçılıq İdman Mərkəzi yaşadığım ünvana çox yaxındır. Əgər başqa klublar təklif edərsə, bizim ora gedib-gəlməyə vaxt və maddi imkanımız çatmır. Odur ki, xahiş edirəm, mənim Novxanı Atçılıq İdman Mərkəzində fəaliyyətimi davam etdirməyimə imkan yaradılsın". 

Gənc çapar əsas məqsədinin gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək olduğunu bildirib.

"Məqsədim gələcəkdə Azərbaycanı layiqincə təmsil edib bayrağımızı dünyada dalğalandırmaqdır. Mənə və ailəmə dəstək olan Vətənimizin igid bacı-qardaşlarına dərin minnətdarlığımızı bildiririk. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz və mən idman karyeramı xarici ölkədə davam etdirməyə məcbur qalmayacağam".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Sumqayıtı iki gün toz bürüyəcək

Bütün xəbərlər
Bu gün, 14:57

Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər