Sumqayıtlı gənc Dövlət Proqramının qalibi olub. Sumqayıt24 bu haqda 25 avqust tarixində xəbər verir.
UNEC sabah qruplarının məzunu Günel Rüstəmlilər təhsilini Böyük Britaniyanın Exter Universitetində “Social Data Science” üzrə davam etdirəcək.
Sumqayıt şəhər 11 nömrəli məktəbin məzunu olan Günel Rüstəmlilər UNEC-yə 640 balla daxil olmuşdu. O, 2022-ci ildə 98.02 ortalama balla universiteti bitirib.