top
Sumqayıtlı müəllim nazirlik adından dələduzluq etdi: “İmtahandan keçirəcəm”
24 fevral 2025, 02:35
- ↺ +

Sumqayıtlı müəllim nazirlik adından dələduzluq etdi: “İmtahandan keçirəcəm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada dələduzluq hadisəsi baş verib.

Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Quba Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Aysel Nəcəfova (ad şərtidir) 1969-cu ildə Xaçmaz rayonunda doğulub. O, zərərçəkmiş Günel Quliyevanı (ad şərtidir) Elm və Təhsil Nazirliyində işləyən vəzifəli tanışı olduğuna inandırıb. Buna görə də nazirlik tərəfindən təşkil edilən sertifikasiya imtahanından qadını problemsiz keçirə biləcəyini deyib. Aysel yalan vədlər verərək Güneli özünə inandırdıqdan sonra işi həll etmək üçün ondan 7500 manat pul alaraq dələduzluq edib.

Aysel Nəcəfovaya Azərbaycan Respublikası CM-nin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Aysel Nəcəfova ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib:

“Sumqayıt şəhəri 29 №-li tam orta məktəbdə riyaziyyat-informatika müəllimi işləyirəm. Həmçinin Elm və Təhsil Nazirliyinin xətti ilə keçirilən təlim kurslarında da təmilçi olaraq çalışıram. Günel ilə 2014-cü ildə nazirliyin keçirdiyi regional təlim kurslarında tanış olmuşduq. Münasibətimiz yaxşı olduğu üçün həmin ilin avqust ayında onun evində qonaq oldum.

2022-ci ildə Günel nazirliyin sertifikasiya imtahanından kəsildikdən sonra mənə zəng edərək kömək istədi. Lakin kömək edə bilməyəcəyimi dedim. Bir il sonra bu kömək istəyi təkrarlandı. Bu dəfə Günelə kömək edə biləcəyimi, imtahanda düşə biləcək mümkün çərçivə suallarını və düzgün cavabları ona verəcəyimi bildirdim. Görəcəyim işə qarşılıq müəyyən məbləğ pul aldım. Günelə imtahandan keçirəcəyim vədini verməmişəm. Ona dəymiş olan bütün ziyanı ödəmişəm”.

Daha sonra zərərçəkmiş Günel Quliyeva məhkəmədə ifadə verib:

“2007-ci ildən Qubanın Vladimirovka kəndində yerləşən İbrahim Hümmətov adına tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq işləyirəm. 2022-ci ildə sertifikasiya imtahanından kəsildiyim üçün müəllim kimi işdən kənarlaşdırıldım. Növbəti ilin avqust ayında bütün orta məktəb müəllimləri üçün sertifikasiya imtahanları keçirilirdi. Həmin imtahandan keçməyi arzulayırdım. Aysel ilə telefonda danışanda imtahandan keçməyə kömək edə biləcəyini dedi. O, nazirlikdə vəzifəli adamı olduğunu, həmin adamın əli ilə sertifikasiya imtahanlarının suallarını və düzgün cavablarını götürüb mənə verə biləcəyini bildirdi. Bunun müqabilində 7500 manat pul istədi. Mən də pulu hazırlayıb ona təqdim etdim. Pulu Aysel götürəndə imtahana 2 gün qalmışdı.

Səhəri gün Aysel “WhatsApp” vasitəsilə “PDF’lə imtahan suallarını və onların düzgün cavablarını atdı. Bundan sonra imtahandan keçəcəyimə arxayın oldum. Lakin verdiyi cavab və suallarla imtahandakılar eyni olmadı, kəsildim. Ayselə zəng edib pulu tələb edəndə çox sərt reaksiya bildirdi. “Hara istəyirsənsə, get, şikayət et. Mənim sənə verəsi pulum yoxdur. Mənim arxam sağlamdır. Məni himayə edən çoxlu vəzifəli adamlar var. Əgər sənin şikayətinlə məni polisə çağırsalar, ümumiyyətlə deyəcəm ki, səni tanımıram” – deyə  bildirdi. Mən də polis bölməsinə şikayət etdim. Dəyən ziyan tam ödənildiyi üçün heç bir şikayətim yoxdur”.

Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Aysel Nəcəfovanı cinayət üzrə təqsirli bilib. Lakin maddi ziyan ödənildiyi və şikayətin olmadığı üçün məsuliyyətdən azad edilib.

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Bütün xəbərlər
Bu gün, 11:11

Uşağın doğulmasına 1500 manat veriləcək

Kriminal
Bu gün, 10:50

3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Bütün xəbərlər
Bu gün, 10:15

Polis dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi

İdman
Bu gün, 09:45

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"lə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda ağır qəza - şahid danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Oxşar xəbərlər