top
Tanınmış aparıcı Sumqayıtın müəllimlərindən GİLEYLƏNDİ
19 dekabr 2025, 09:49
- +

Tanınmış aparıcı Sumqayıtın müəllimlərindən GİLEYLƏNDİ

Sumqayıtlı aparıcı Mətanət Əliverdiyeva ibtidai sinif şagirdlərinin hazırlığa göndərilməsi ilə bağlı valideynlərin narahatlığını dilə gətirib.

Axşam.az-ın məlumatına görə, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb:

"Mənim 1-ci sinifdə oxuyan övladım yoxdur. Son zamanlar sosial şəbəkələrdə mənə yazırlar və görürəm ki, analar nədən şikayət edirlər. 1-ci sinif şagirdlərinin 6 yaşları olur. Amma 5 yaşından biz onları məktəbəqədər hazırlığa göndərdik ki, sonra dərslərini yaxşı oxusunlar. Amma bizim dövrümüzdə 7 yaş olmadan məktəbə götürmürdülər.

İbtidai sinif müəllimlərindən xahişim var. Uşaqlar hər şeyi qavramaq iqtidarında deyillər. 6 yaşında olan uşağı hansısa fəndən zəif olduğu üçün hazırlığa göndərmək nə deməkdir? Bu uşaq olimpiadaya gedir, yoxsa universitetə hazırlaşır? Analara "mən bacarmıram, hazırlığa göndərin" söyləmək nə deməkdir axı? Bu tələb Sumqayıt məktəblərindən gəlir. Mən hələ Bakını kənara qoymuşam.

O vaxt bizim sinifdə 45 şagird var idi. Müəllimimiz hamımızı öyrədirdi. Məni evdə anam öyrətməmişdi. Müəllim özünü əziyyətə verib hər şeyi izah edirdi. Amma indi uşaq oxuya bilmir, müəllim deyir ki, uşağı hazırlığa qoyun. Niyə? Məktəb nə üçündür? Birinci sinifdir, 6 yaşı var.

Ona görə də siz hazırlıqlı olun, bunu hamıya şamil etmirəm. Mən dərslikdən, oradakı ağırlıqdan danışmadım. Amma bu yaşda uşağı məşğələyə göndərmək sizin hazırlıqsızlığınızdır. Ana cibindən pulu hazırlığa verəcəksə, ibtidai sinif müəllimi niyə maaş alır?

Yəqin ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bilmir. Bilsəydi, tədbir görərdilər. Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın. Onun işi az idi, biri də buradan çıxdı. Çünki valideynlər artıq neçə gündür ki, bu məsələ ilə bağlı müraciət edirlər".

 

Son xəbərlər

Kriminal
02 may 2026, 18:40

Sarayda ev sahibi ustanı amansızca öldürdü - MƏHKƏMƏ

Bütün xəbərlər
02 may 2026, 18:03

Sumqayıtda avtobus sürücüləri dərs çıxarmır…

Bütün xəbərlər
02 may 2026, 17:30

Sumqayıtda güclü külək əsəcək

Bütün xəbərlər
02 may 2026, 17:07

Sumqayıt yolunda maşın çuxura düşdü

Bütün xəbərlər
02 may 2026, 16:18

"Qələbədən sonra dostlarım məni Sumqayıtda gözləyirdilər" - Çempion DANIŞDI

İdman
02 may 2026, 15:38

Matça doğru: "Kəpəz" və "Sumqayıt"da itkilər

Bütün xəbərlər
02 may 2026, 14:58

Bir sinif, onlarla uğur - 13 nəfər 280-dən çox bal topladı

Bütün xəbərlər
02 may 2026, 14:18

Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
02 may 2026, 13:38

Sumqayıtda avtobusu "protiv" sürən şəxə CƏZA

Bütün xəbərlər
02 may 2026, 12:38

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

Bütün xəbərlər
02 may 2026, 11:58

Bakı-Sumqayıt yolunda OBYEKTLƏR YANIB

Bütün xəbərlər
02 may 2026, 11:18

Xəzərdə zəlzələ olub

İdman
02 may 2026, 10:38

"Sumqayıt" dünya reytinqində qəfil İRƏLİLƏYİB

İdman
02 may 2026, 09:58

"Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq

Bütün xəbərlər
02 may 2026, 09:18

Sabah Bakıya getmək istəyənlərin DİQQƏTİNƏ

Kriminal
01 may 2026, 17:40

Sumqayıtda kişi arvadını döydü, qayınatasını öldürdü

Bütün xəbərlər
01 may 2026, 17:00

SDU-nun məzununa yüksək vəzifə tapşırıldı

Bütün xəbərlər
01 may 2026, 16:20

"ChatGPT"yə hücum olsa, şəxsi məlumatlarınız yayılacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
01 may 2026, 15:20

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - AÇIQLAMA

Bütün xəbərlər
01 may 2026, 14:40

Sumqayıtda bilyard turniri keçiriləcək

Bütün xəbərlər
01 may 2026, 14:00

Sabah 20 dərəcə isti olacaq

Bütün xəbərlər
01 may 2026, 13:20

Sumqayıtlı balıqçıların nəzərinə - CƏZALANDIRILA BİLƏRSİNİZ

Bütün xəbərlər
01 may 2026, 12:40

Sumqayıtda güclü külək əsəcək

Bütün xəbərlər
01 may 2026, 12:00

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır

Oxşar xəbərlər