Sumqayıtda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Ziyad Əliyevə (şərti) hökm oxunub. Bu haqda 31 avqust tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
Hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Z.Əliyev 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd olunub ki, Ziyad Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkumun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Sumqayıt şəhər 12 saylı Mənzil-Kommunal Sahəsinin rəisi vəzifəsində işləmiş Ziyad Əliyev Cinayət Məcəlləsinin “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə təqsirli bilinib. Cinayət materiallarında qeyd olunub ki, o, vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.