Sumqayıtda ağaclara qarşı biganə münasibət və qətliam davam edir.
Sumqayit24.az-a daxil olan fotoşəkillərdə göründüyü kimi, Nəsimi adına Mədəniyyət və İstirahət parkının bir hissəsi hasarlanıb və geniş sahədə yaşıllıq, fidanlar və ağaclar məhv edilib.
Məsul qurumlar hərəkətə keçməsə, hasarlanmış əraziyə daxil digər irigövdəli ağacların aqibəti də fərqli olmayacaq.
Qeyd edək ki, buraya yaxın ərazidə çox sayda ağacın kəsildiyinə dair məlumat yaydığımız vaxt İcra Hakimiyyəti orada yeni yaşıllığın salınacağına dair vəd vermişdi.