Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yolun bir hissəsi təmir olunub, digər hissəsi isə bərbad vəziyyətdə qalıb.
Sumqayit24.az-a müraciət edən sakin bildirib ki, problem Milli Qəhrəman, şəhid Əliyar Əliyevin adını daşıyan küçədə yaşanır. Onun sözlərinə görə, Bələdiyyə parkının tikintisi zamanı küçənin yalnız bir hissəsində təmir işləri aparılıb, qalan ərazi isə diqqətdən kənarda qalıb.
Nəticədə yolun örtüyü nahamar və dalğavari vəziyyətə düşüb. Bu isə sürücülərin hərəkətini çətinləşdirir, nəticədə onlar ərazidən çox aşağı sürətlə keçmək məcburiyyətində qalırlar.