Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda 19 aprel tarixində Den.az-a istinadən xəbər verir.
4-cü mikrorayonda baş tutan görüşdə Zakir Fərəcov, İcra Hakimiyyəti başçısının müavinləri, xidmət və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.
İcra başçısı vətəndaşları fərdi qaydada dinləyib, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Bəzi müraciətlərin isə araşdırılması və həlli üçün qurumların rəhbərlərinə tapşırıqlar verilib.