Paracüdo üzrə Avropa çempionatında tatamiyə çıxan sumqayıtlı idmançı İlham Zəkiyev finala yüksəlib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Almaniyada keçirilən turnirdə paracüdoçumuz İlham Zəkiyev (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən English Daniel üzərində ipponla qələbə qazanaraq həlledici görüşə vəsiqə əldə edib.
Finalda uğurlar!
***
Sumqayıtlı paracüdoçu İlham Zəkiyev Avropa çempionatında tatamiyə çıxacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 9 qat Avropa çempionu paracüdoçumuz İlham Zəkiyev bu gün Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında tatamiyə çıxacaq. Bu, onun 12-ci qitə birinciliyi olacaq.
Həmyerlimizə uğurlar arzulayırıq!