Sumqayıtda 6 avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
Məlumata görə, qəza İsmət Qayıbov küçəsində qeydə alınıb və hadisəyə səbəb BMW markalı avtomobilin sürücüsü olub.
Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə "Opel" markalı avtomobilə, daha sonra isə yolda dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə barədə zərərçəkənlər danışıb.
Ətraflı Baku TV-nin süjetində: