top
Sumqayıtlı futbolçu: Heç kim nənəmə qarşı çıxmağa risk etmədi
05 fevral 2026, 13:30
- ↺ +

Sumqayıtlı futbolçu: "Heç kim nənəmə qarşı çıxmağa risk etmədi"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qadir Ramazanov Qəbələ futbolunun ümidverici simalarından biri sayılan sumqayıtlı gəncdir. U-19 millisinin əsas heyət üzvü olan futbolçu hələlik "Qəbələ"nin əsas komandasında möhkəmlənə bilməsə də, gələcəyini məhz bu klubla bağlayır.

Qədir Ramazanov bu və digər mövzular barədə İdman.biz-ə müsahibə verib.

– Qədir, futbola necə gəldiniz?

 – Təxminən üçüncü sinifdə oxuyanda məhəllədə futbol oynayırdım. İlk məşqçim İsmayıl müəllim olub – məndə futbolçu potensialını da ilk o görmüşdü. Daha sonra "Qəbələ" akademiyasına baxışa çağırıldım və bu mərhələni uğurla keçdim. Ardınca U-13 komandasında çıxış etməyə başladım.

– Qəbələyə köçməyinizə valideynləriniz necə yanaşdı? Yəqin ki, etiraz edirdilər. 

 – Əlbəttə, etiraz edirdilər (gülür). Onlar istəyirdilər ki, təhsil birinci yerdə olsun. Amma  futbol naminə Qəbələyə köçmək lazım idi. Bu məsələdə nənəm, yəni atamın anası işə qarışdı. O, ilk gündən idmanla məşğul olmağımı dəstəkləyirdi və nənəyə qarşı çıxmağa heç kim risk etmədi (gülür). Elə o vaxtdan futbol mənim üçün birinci yerdədir.

– Niyə yarımmüdafiədə oynayırsınız? Bu, sizin seçiminizdir, yoxsa məşqçilərin qərarı?

 – İlk gündən bu mövqedə oynamamı məşqçilər qərarlaşdırıblar. Bütün uşaqlar kimi mən də hücumda oynamaq istəyirdim, amma tezliklə onların haqlı olduqlarını başa düşdüm. Hələ də yarımmüdafiədə çıxış edirəm.

– Bu il 20 yaşınız tamam olur və bu, U-19 səviyyəsində son mövsümünüzdür. Millidə əsas heyət üzvüsünüz, amma klubda bütün çempionat ərzində cəmi bir dəfə – "Qarabağ"la oyunun sonunda meydana çıxmısınız. Bunun səbəbi nədir? 

– Açığı, bilmirəm və heç vaxt bu barədə çox düşünmürəm. Sadəcə məşq edirəm və öz vaxtımı gözləyirəm. Düzü, milliyə çağırışlardan sonra əsas komandada daha tez-tez oynayacağımı düşünürdüm. Amma hələlik yalnız gənclər komandasında çıxış edirəm. Düşünürəm ki, məşqçi gənc futbolçuları qoruyur, onları dərhal "odun-alovun" içinə atmaq istəmir. Mən mütəmadi olaraq dublda oynayıram və istənilən an əsas heyətə çıxmağa hazıram. Razıyam ki, 20 yaşında futbolçu artıq daimi oynamalıdır, amma məşqçi vəziyyəti daha yaxşı bilir. Kaxaber Tsxadadze bir dəfə mənə şans verib və düşünürəm ki, yenə verəcək.

– Beş ildən sonra özünüzü harada görürsünüz? 

– Niyə mənim üçün doğma olan "Qəbələ"də qalmayım ki? Futbolçu komandaya həm çətin, həm də yaxşı günlərində sadiq olmalıdır. Əgər klubun mənə ehtiyacı olduğunu hiss etsəm, qarşıya qoyulan hədəflərdən asılı olmayaraq burada qalacağam.

– Deyirsiniz ki, əsas heyətlə bağlı vəziyyət sizi incitmir. Amma problemlərinizi kiminləsə bölüşürsünüzmü? 

– Evdəkiləri üzmək istəmirəm, ona görə də bu mövzuda onlarla ümumiyyətlə danışmıram. Nənəmlə isə heç vaxt. O, millidəki oyunlarımı görür və çox sevinir. Çətinliklərimi bilməsinə ehtiyac yoxdur. Əsasən komanda yoldaşlarımla və daha yaşlı futbolçularla məsləhətləşirəm. Onlar məni dəstəkləyirlər.

– Milli komanda barədə danışaq. Əsas yığmanın məğlubiyyətlərinə hamı öyrəşib. Bəs gənclər niyə uduzur? Axı siz həmyaşıdlarınızla oynayırsınız. 

– Hamısında uduzmuruq. Məsələn, Moldova ilə heç-heçə etdik. Bəli, Niderland, Uels və İslandiyaya uduzmuşuq. Amma bu yaşda onların futbolçuları artıq Avropanın top klublarında çıxış edirlər. Bizimkilər isə əsasən yerli komandalarla kifayətlənirlər.

– Amma Uels və İslandiya gənc əhali sayına görə bizdən üstün deyil. Bəs niyə onlar bir neçə səviyyə irəlidədir? 

– Yəqin ona görə ki, onlar 15-16 yaşlarından xarici çempionatlarda oynayırlar. Bizdə isə valideynlər övladlarını Sumqayıtdan Qəbələyə belə güclə buraxırlar (gülür). Bundan əlavə, azərbaycanlı futbolçuları xarici klublara təklif edə biləcək skautlar çatışmır, uşaq futboluna da lazımi diqqət yetirilmir. Biz qapalı mühitdə qalırıq. Avropada isə gənc futbolçuların taleyini valideynlər yox, peşəkarlar müəyyənləşdirir. Elə buna görə də futbolumuz yeniyetmələr səviyyəsində hətta orta Avropa yığmaları ilə belə rəqabət apara bilmir.

Son xəbərlər

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Bütün xəbərlər
Dünən, 09:09

Sumqayıtda damda təmir zamanı xəsarət alan şəxs belə xilas edildi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü - 13 kənd işğaldan azad edilir

Oxşar xəbərlər