1 saylı Sumqayıt şəhər xəstəxanasında insident yaşanıb.
Tiraj.az-ın məlumatına görə, tibb ocağında göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri göndəriş yazılan otağa tez-tez girib çıxmağa başlayıblar.
Vətəndaşlar mühafizəçilərin növbədənkənar göndəriş yazdırdırdıqarını görüb, buna etiraz ediblər. Xəstəxana mühafizəçilərinin növbə gözləyən vətəndaşlara kobud davranışı sonradan əlbəyaxa davaya çevrilib.
Sumqayit24.az məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.