Sumqayıtda baş verdiyi iddia olunan iki oğurluq hadisəsi təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisələrdən biri 16-cı məhəllədə yerləşən binalardan birinin blokunda baş verib.
Görüntülərdə qadının qonşusunun qapısının önündəki ayaqqabıları götürərək ərazidən uzaqlaşdığı əks olunub. Zərərçəkmiş şəxs bunun ilk belə hadisə olmadığını bildirib.
Digər hadisənin isə Cəfər Cabbarlı küçəsində yerləşən qadın aksesuarları mağazasında baş verdiyi iddia olunur. Təhlükəsizlik kamerasına düşən görüntülərdə mağazaya daxil olan qadının məhsullardan birini götürərək çantasına qoyduğu və daha sonra obyekti tərk etdiyi görünür.