Saat: 17:54
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.
Əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
***
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb.
Məlumata görə, hadisə Corat bağları ərazisində qeydə alınıb.
Bildirilir ki, 1966-cı il təvəllüdlü Qasımova Ramilə Əvdil qızı həyat yoldaşı, 1959-cu il təvəllüdlü Qasımov Nizaməddin Davud oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Yaralı xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.
Mənbə: Report.аz