Sumqayıtda uşaqlar köməksiz vəziyyətdə qalıblar. Bu haqda 17 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Qurumun "112" qaynar telefon xəttinə iki nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub. FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları çağırış ünvanına yetişərək onları xilas ediblər.