Sumqayıtlı karateçi Bakıda keçirilən turnirin qalibi olub.
Sumqayit24.az-a bu barədə idmançının özü məlumat verib.
Bildirilib ki, sumqayıtlı Əsəd Məmmədzadə Bakıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş karate turnirində iştirak edib.
14-15 yaş kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan Əsəd bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.