Sumqayıtın 41A məhəlləsi, 2B saylı binanın qarşısında aşma təhlükəsi yaradan ağaclarla bağlı tədbir görülüb.
Sumqayit24.az-a daxil olan məlumata görə, ötən gün məsələ ilə bağlı dərc etdiyimiz məlumatdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları gəliblər. Onlar təhlükə yaradan ağacları budayaraq ərazidə müvafiq işlər aparıblar.