Sumqayıtda bəzi sürücülərin avtomobillərini yolun hərəkət hissəsində saxlaması digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur.
Sumqayit24.az-a müraciət edən şikayətçilərin sözlərinə görə, Bakı küçəsinin Xəzər Universiteti Dünya Məktəbinin qarşısından keçən hissəsində bəzi sürücülər avtomobillərini yolun ortasında saxlayaraq ərazidən uzaqlaşırlar.
Nəticədə hərəkət zolağı daralır, digər sürücülər isə ərazidən keçərkən çətinlik çəkirlər. Sakinlər bu cür halların qarşısının alınmasını istəyirlər.