top
Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?
Bu gün, 16:18
- ↺ +

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəhid ailələrinin mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı, eləcə də dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə dövlət rüsumundan azad edilməsi təklif olunur. Dəyişiklik qəbul edilərsə, bu kateqoriyadan olan vətəndaşlar daşınmaz əmlak əməliyyatları zamanı müəyyən maliyyə güzəşti əldə edəcəklər. Bəs bu güzəşt şəhid ailələrinə konkret olaraq nə qədər qənaət imkanı yaradacaq? Azadolma hansı mexanizmlə tətbiq olunacaq və bütün alqı-satqı əməliyyatlarını əhatə edəcəkmi?

Mövzunu şərh edən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, şəhid ailələrinin mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə dövlət rüsumundan azad edilməsi təklifini sosial müdafiə mexanizmlərinin genişləndirilməsi baxımından müsbət qiymətləndirir: 

"Bu dəyişiklik qəbul olunarsa, şəhid ailələrinin daşınmaz əmlak əldə edərkən qarşılaşdıqları əlavə rəsmiləşdirmə xərcləri azalacaq. Güzəştin maliyyə ifadəsinə gəldikdə, hazırda daşınmaz əmlakın alqı-satqısı üzrə notariat rüsumları əmlakın yerləşdiyi əraziyə görə fərqlənir. Bakı şəhərində dövlət rüsumu 280, notariat xidməti haqqı isə 42 manat təşkil edir. Beləliklə, ümumi ödəniş 322 manatdır. Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda bu məbləğ 225 manat 40 qəpik, digər şəhər və rayonlarda isə 161 manatdır. Təklif qüvvəyə mindikdən sonra şəhid ailəsi üzvü Bakı şəhərində mənzil alarkən təxminən 322, Sumqayıt, Gəncə və Abşeronda 225, digər rayonlarda isə 161 manat vəsaitə qənaət edə biləcək. Bu hesablamalar mövcud tariflər əsasında aparılıb. Yaxın qohumlar arasında daşınmaz əmlakın alqı-satqısı üçün ayrıca, daha aşağı tarif tətbiq edildiyindən həmin hallarda güzəştin məbləği də fərqli olacaq. Burada hüquqi baxımdan vacib bir məqam var. "Notariat haqqında" Qanunun 29-cu maddəsinə əsasən, notariat hərəkətlərinə görə dövlət rüsumundan azadolma tətbiq edilən hallarda həmin hərəkətlərlə əlaqədar xidmət haqqı da tutulmur. Buna görə də şəhid ailələrinə təklif edilən güzəşt həm dövlət rüsumunu, həm də müvafiq notariat xidmət haqqını əhatə edəcək".

 Ekspertin sözlərinə görə, mexanizm kifayət qədər sadə işləyə bilər:

"Şəhid ailəsinin üzvü mənzil və ya fərdi yaşayış evinin alqı-satqısı, yaxud dəyişdirilməsi üçün notariusa müraciət edir. Şəhid ailəsi statusu müvafiq elektron informasiya sistemləri vasitəsilə yoxlanılır və təsdiqləndikdən sonra notariat əməliyyatı üzrə güzəşt tətbiq edilir. Beləliklə, vətəndaşın dövlət rüsumu və həmin notariat hərəkəti ilə bağlı xidmət haqqı ödəməsinə ehtiyac qalmır. Təbii ki, bu güzəşt daşınmaz əmlakın alınması ilə bağlı bütün xərclərin aradan qaldırılması demək deyil. Əmlakın dövlət qeydiyyatı, çıxarışın alınması, ipoteka və digər əlavə əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan ödənişlər ayrıca qiymətləndirilməlidir.Hesab edirəm ki, bu təşəbbüsün sosial əhəmiyyəti onun nominal məbləğindən daha genişdir. Şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, daşınmaz əmlak əldə etmək imkanlarının genişləndirilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı inzibati və maliyyə maneələrinin azaldılması dövlətin sosial siyasətində mühüm istiqamətlərdən biri olmalıdır. Güzəştin tətbiqində elektron mexanizmlərə üstünlük verilməsi də vacibdir. Şəhid ailəsi statusunun dövlət informasiya bazalarından avtomatik müəyyənləşdirilməsi vətəndaşların əlavə arayış toplamaq zərurətini aradan qaldırar, notariat əməliyyatlarının daha operativ həyata keçirilməsini təmin edər".

Mənbə: azpolitika.infо

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Bu gün, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Bu gün, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Bu gün, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Bu gün, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Bu gün, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Oxşar xəbərlər